Azərbaycan Respublikasi Təhsil Nazirliyi




НазваниеAzərbaycan Respublikasi Təhsil Nazirliyi
страница14/41
Дата конвертации30.09.2012
Размер4.39 Mb.
ТипДокументы
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

ƏDƏBİYYAT


  1. Musayev O. İngilis dilinin qrammatikası. Bakı: Qismət, 2007, 608 s.

  2. Жигадло В.Н., Иванова И.П., Иофик Л.Л. Современный английский язык. М., 1956, 244 с.

  3. Мороховская Э.А. Конструкция типа ит ис \ wас ще wщо… в английском языке. Автореф. дис. …канд. филол. наук. Л., 1966, 27 с

  4. Татаринова Л.В. Специфика референций указательных местоимений. // Тезисы межвузовской конференции молодых ученых «Семантическая и прагматическая организация высказывания». Иркутск, ИГПИИЯ, 1996.

  5. Goksadze L., Mamatsashvili N., Gigineishvili M. An Advanced Course in Current English Grammar, Volume I, Tbilisi, 1998, 276 p.

  6. Ilysh B.A. The Structure of Modern English. L.: Prosvescheniye, 1971, 365 p.

  7. Kaushanskaya V.L., Kovner R.L., Kozhevnikova O.N. et.al. A Grammar of the English Language. L., 1973, p. 319.



Hümmətova Sevil


MÜASİR AZƏRBAYCAN DİLİNDƏ RUS DİLİNDƏN ALINMA SÖZLƏRİN LİNQVİSTİK XÜSUSİYYƏTLƏRİ


Dilçilikdə artıq çoxdan sübut olunmuşdur ki, dil əlaqələri ilk növbədə leksik sistemə təsir edir və bu təsir tədricən dilin digər qatlarına (fonetik, morfoloji və sintaktik qatlarına) da sirayət edir, tarixən onun fonetik, leksik və qrammatik sistemləri üçün yabançı olan vahidlər qazanır.

Diaxron araşdırmalar göstərir ki, «dilə daxil olan yad ünsürlər heç də həmişə dildə yaşamaq hüququ qazana bilmir. Bir sıra alınmalar tədricən dildə geniş işlənir və dilin fonetik, qrammatik və digər normalarına tabe olur. Başqa qisim alınmalar isə müxtəlif səbəblər üzündən dildə özünə yer qazanmır. Onlar ya dilin öz vahidləri, ya da bu dilə daha güclü təsir göstərən başqa dilin elementləri ilə əvəz olunurlar» (1, 5).

Sözün dildə mənimsənilməsi uzunmüddətli prosesdir. Alınma leksik vahid dildə uyğunlaşma dövrünü yaşayır və bu dövr ərzində istər onun işlənmə dərəcəsində, istərsə də fonetik cildində dəyişikliklər baş verir. «Uyğunlaşma amilini nəzərə almağın vacib olduğu hallarda alınma formaların fonetik inkişafının təhlili alınma dövründəki fonetik cildi aşkara çıxarmağa və bununla da müxtəlif səs dəyişmələrinin meydana çıxmasının təqribi tarixini aydınlaşdırmağa imkan verir» (2, 494). Deməli, leksik alınmanın dilə daxilolma dövrünün təyini onun fonetik uyğunlaşma prosesinin mərhələlərinin müəyyənləşdirilməsi üçün fonetik alınmalar problemi üzrə tədqiqat aparmağı zəruriləşdirir. Leksik alınmalar əsasında aşkara çıxarılan fonetik alınmalar və onlara aid araşdırmaların vacibliyi ilə bağlı müddəaları konkret misallar əsasında asanlıqla sübuta yetirmək olar. Fikir aydınlığı məqsədilə bəzi konkret nümunələrə müraciət edək.

Məlum olduğu kimi, dilarxası, kar, partlayan K fonemi Azərbaycan dili üçün səciyyəvi deyildir. Bu səs rus dili və onun vasitəsi ilə dilimizə keçmiş alınmaların təsiri ilə Azərbaycan dilində möhkəmlənmişdir: kompas, kolxoz, kollektiv, akkord, klub, krem, kran, kurort, kurs, marka, bak, şkaf, redaktor, akkordeon, kupe, konqress, konsert və s.

Qrammatik alınmalarla bağlı da oxşar araşdırmalar aparmaq mümkündür. Lakin əvvəlcə qrammatik alınmanın dilə daxil olması və onda özünə yer tapması hadisəsini nəzərdən keçirək. «Əgər hər hansı şəkilçi kifayət qədər çox əcnəbi sözündə işlənirsə, onda onun dilin mənşəcə öz materialı əsasında yaranmış sözlərdə də işlənməsi mümkündür» (2, 498). Bu fakt leksik alınmaların dilin zənginləşməsindəki rolu ilə bilavasitə əlaqədardır. Tədqiqatın qarşısında duran əsas vəzifələrdən biri də belə faktları üzə çıxarıb ümumiləşdirməkdir.

Bir dildən başqa dilə keçən leksik vahidlərin bir qismini kök və şəkilçilərə ayırmaq mümkün deyildir. Yəni bu halda kök söz dilə keçmiş olur. Lakin digər qisim sözlər mənşəcə aid olduqları dillərdə müxtəlif morfemlərə parçalana bilir. Aydındır ki, belə ayırma zamanı kök və affiksal morfemlər bir-birindən fərqləndirilir. Deməli, dilə affiksal morfemli leksik vahidlər keçir. İlkin mərhələdə yeni söz almış dildə leksik alınmanın tərkib hissələri haqqında düşünülmür. Söz özünün semantik yükü ilə dilə keçir və müəyyən anlayışın, əşyanın, yaxud obyektin adını ifadə edir. Lakin zaman keçdikcə və eyni qəbildən olan alınma sözlərin sayı artdıqca affiksal meydana çıxır. Bu zaman qrammatik alınma obyekt dildə üzə çıxır. Dilçilikdə bu tip sözlərin morfemli alınma adlandırılması kimi yanlış fikirlərə təsadüf olunur. Əlbəttə, bu, düzgün deyildir. Çünki kök də morfemdir. Morfemli alınma termini işlədildikdə söhbətin leksik vahidin tərkibindəki affiksal morfemdən getməsi aydınlaşmır. Burada daha yaxşı olar ki, affiksal morfemli alınmalar termini işlədilsin. Bu qəbildən olan sözlərin bir dildən başqa dilə keçməsinə səbəb əlaqədə olan dillərin tarazlaşması zamanı təsirə məruz qalan dildə affiksal morfemli alınmanın ehtiva etdiyi məfhuma ehtiyac duyulması və onu ifadə edə biləcək leksik vahidin obyekt dildə olmamasıdır.

İlk mərhələdə belə alınmalar söz alan dildə tam şəkildə dərk edilir və orada onları kök və şəkilçi kimi ayırmaq mümkün olmur. Bir çox hallarda bir dildən başqa dilə leksik alınmalar mümkün formaların hər biri kimi ayrı-ayrılıqda keçir. Məsələn, folklor, jurnal, akrobat, despot və s. Bu sözlərə uyğun affiksal morfemli alınma sözlər də müstəqil şəkildə dilə keçmişdir. Məsələn, folklorist, jurnalist, akrobatika, despotizm və s.

Tədqiqatlar göstərir ki, zaman keçdikcə affiksal morfemli alınmalar dildə çoxalıb tam mənimsənildikcə onların tərkibindəki şəkilçilər (ya ön, ya da son şəkilçilər) başqa sözlərə qoşularaq söz yaradıcılığında iştirak edir. Bəzi hallarda onlar kalka olunaraq dildəki sinonim variantla əvəz edilirlər. Məsələn, bivəfa – vəfasız, biinsaf – insafsız, gülüstan – güllük, laməkan – məkansız, yersiz, yurdsuz və s. Lakin bu kimi analoji hadisələrə baxmayaraq, həmin şəkilçilər, əksər hallarda keçdikləri leksik vahidlərlə birgə işlənir və dildə ehtiyac duyulan «boş semantik yuvaları» doldurmağa xidmət edir.

Bura ilk növbədə, rus dili və rus dili vasitəsilə dilimizə keçmiş affiksal morfemlər aiddir: -izm, -ist, -loq, -tor, - logiya, -şik, -ik, - ika, -voz, -xod və s.

Yuxarıda qeyd olunanlardan belə bir nəticə çıxır ki, rus dilindən leksik alınmaların tədqiqi zamanı aşkara çıxarılan fonetik və qrammatik xüsusiyyətlər ayrı-ayrılıqda öyrənilməlidir. Beləliklə, leksik alınmaların dilin zənginləşməsindəki rolunun araşdırılmasında daha iki konkret istiqamət müəyyənləşir. Nəzərə almaq lazımdır ki, bu halda leksik alınmalar təsnifatın cins mövqeyində, fonetik və qrammatik alınmalar isə növ mövqeyində durur.

Azərbaycan dilinə rus dilindən keçən sözlər xarakter etibarilə çox müxtəlifdir. Bu dildən, bir sözlə desək, dilimizə istər ədəbi dil vasitəsilə, istərsə də danışıq dili vasitəsilə həyatın bütün sahələrinə aid olan sözlər keçmişdir. Bununla belə, həmin sözləri öz funksiyasına görə bir neçə yerə ayırmaq olar:

1. Məişətdə işlənən sözlər: şkaf, şifoner, bufet, stol, stul, stəkan, qrafin, çaynik, samovar, fənər, adyal, bakal, vedrə, şunur, vaza, kostyum, palto, şlyapa, krant, trubka və s.

2. Elm və texnikaya aid sözlər: orfoqrafiya, qrammatika, sintaksis, kosmos, kosmonavt, zavod, fabrik, doktor, dosent, aqronom, texnika, elektrik, geologiya, mineralogiya, fizika, mikrofon, telefon, televiziya və s.

3. Kənd təsərrüfatına və tikintiyə aid sözlər: kombayn, traktor, ekskavator, kran, asfalt, kanalizasiya və s.

4. İncəsənətə aid olan sözlər: melodiya, fleyta, kapelmeyster, dirijor, teatr, kino, foye, loja, balerina, foto, fotoqraf və s.

5. Hərbi sahəyə aid sözlər: soldat, leytenant, polkovnik, general, rota, marşal, polk, diviziya, katyuşa, pulemyot, tank və s.

6. Məktəb ləvazimatına aid sözlər: qlobus, pero, transportir, sumka, penal və s.

Rus dilindən dilimizə keçən sözlər təkcə rus dilinin özünə xas olan sözlərdən ibarət deyildir. Bu sözlərin, demək olar ki, çox hissəsi rus dilinə, oradan da, Azərbaycan dilinə müxtəlif Avropa dillərindən keçmişdir. Beləliklə, başqa Avropa dillərindən dilimizə sözlərin keçməsində rus dili vasitəçi rolunu oynamışdır.

Dilimizin lüğət tərkibində bu gün özünə möhkəm yer qazanmış olan bu dillərə məxsus sözlər dilimizə rus dili vasitəsilə gəldiyi üçün, əsasən, o dildə (rus) işləndiyi kimi qəbul edilmişdir.

Azərbaycan dilinin lüğət tərkibində rus dili vasitəsilə keçmiş Avropa dillərinə aid aşağıdakı sözlərə rast gəlirik:

1. Latın sözləri: buraya elm, texnika, idarə, siyasi, hərbi və başqa sahələrə aid sözlər daxildir. Təbabətdə isə latın sözlərindən geniş istifadə edilir. Latın sözlərinə aşağıdakıları misal göstərmək olar: akademiya, aspirantura, senat, qlobus, qradus, respublika, auditoriya, qonorar, dekan, diktor, rektor, direktor, senzura, notarius, arxivarius, klinika, poliklinika və s.

2. Yunan sözləri: omonim, sinonim, antonim, astronomiya, qrammatika, ideya, dram, dramaturgiya, kafedra, metro, filosof, filoloq, leksika, leksikologiya, semasiologiya, poema, telefon, dialektika, atom, aqronom, azot və s.

3. Fransız sözləri: abajur, avanqard, adres, albom, artist, balans, banderol, bloknot, balet, beton, büro, brilyant, vineqred, depo, desant, loja, janr, hektar, roman və s.

4. İngilis sözləri: blok, vağzal, rels, tramvay, klub, boykot, mitinq, lider, büdcə, tort, bifşteks, futbol, basketbol, voleybol, boks, cemper, dispetçer və s.

5. Alman sözləri: lift, mundir, yefreytor, orden, rota, feldmarşal, ştab, baletmeyster, fleyta, vafli, flaq, futlyar, şirma, kitel və s.

6. İtalyan sözləri: ariya, opera, libretto, tenor, fortepiano, balerina, arka, basta, karnaval, valyuta, banda, balkon, kvartet, konsert, novella və s.

7. Holland sözləri: matros, rupor, vımpel, kompas, reyd və s.

Rus dilindən və rus dili vasitəsilə başqa dillərdən keçmiş sözlərin fonetik tərkibi Azərbaycan sözlərindən fərqləndiyi kimi, ərəb və fars sözlərindən də fərqlənir. Əgər ərəb və fars sözlərini fərqləndirən fonetik xüsusiyyətlər saitlərdə özünü göstərirdisə, burada həmin xüsusiyyətlər, əsasən samitlərdə öz əksini tapır.

Ərəb və fars sözlərinin bir çoxu dilimizin təsiri altına düşərək və ana dilinə məxsus xüsusiyyətləri (məsələn: əhməq – axmaq, dəva – dava, əql – ağıl) itirib Azərbaycan sözlərindən seçilməyən bir şəklə düşmüşdüsə, rus dilindən gələn sözlər öz dilinin fonetik xüsusiyyətlərini daha çox mühafizə etmişdir. Bununla belə, rus dilindən gələn bir sıra sözlərdə fonetik tərkib öz sözlərimizin tərkibinə qismən uyğun gəldiyi kimi (məsələn, palata, orqan, sumka və s.), bəzilərinin tərkibi (məsələn, maşina – maşın, fonarğ – fənər və s.) qismən dəyişdirilmiş və dilimizin xüsusiyyətlərinə uyğunlaşdırılmışdır.

Müasir dilimizdə rus dilindən və onun vasitəsilə başqa dillərdən gələn sözlər aşağıdakı fonetik xüsusiyyətlərə malikdir:

  1. Əvvəli iki samitlə başlanan sözlər; məsələn: plan, klub, qlobus, traktor, kran, kvartal və s.

  2. Dörd samitli hecadan ibarət sözlər; məsələn: Şmidt, şrift, ştamp, şlanq və s.

  3. Əvvəli re ilə başlanan sözlər; məsələn: redaktor, rektor, redaksiya, realist və s.

  4. Əvvəli para ilə başlanan sözlər; məsələn: paraşut, paralel, paraqraf və s.

  5. Əvvəli poli ilə başlanan sözlər; məsələn: politexnik, poliklinika, poliqrafiya, politexnizasiya, polisiya və s.

  6. Əvvəli por ilə başlanan sözlər; məsələn: port, portfel, portret, portsiqar, porsiya və s.

  7. Əvvəli radi ilə başlanan sözlər; məsələn: radio, radioqram, radiometr, radioloq, radist və s.

  8. Əvvəli rep ilə başlanan sözlər; məsələn: repertuar, replika, repetisiya, reportaj və s.

  9. Əvvəli res ilə başlanan sözlər; məsələn: respublika, restoran, resenziya, resept və s.

  10. Əvvəli ro ilə başlanan sözlər; məsələn: rol, romb, royal, roman, romans, rota, rotator və s.

  11. Əvvəli sem ilə başlanan sözlər; məsələn: semestr, semasiologiya, semafor, seminar və s.

  12. Əvvəli ser ilə başlanan sözlər; məsələn: serviz, servant, serjant, seriya, serenada və s.

  13. Əvvəli te ilə başlanan sözlər; məsələn: tezis, telefon, teleqraf, teleskop, texnika, teoriya və s.

  14. Əvvəli fe ilə başlanan sözlər; məsələn: feodal, ferma, fevral, festival, feldşer, fetişizm və s.

  15. Əvvəli fil ilə başlanan sözlər; məsələn: film, filosof, filial, filarmoniya, filologiya və s.

  16. Əvvəli fo ilə başlanan sözlər; məsələn: fokus, folklor, fond, fonetika, fonem, forma və s.

  17. Əvvəli ek ilə başlanan sözlər; məsələn: ekran, ekvator, ekzema, ekipaj və s.

  18. Əvvəli el ilə başlanan sözlər; məsələn: elektrik, elevator, elastik, ellips və s.

  19. Əvvəli ep ilə başlanan sözlər; məsələn: epoxa, epizod, epidemiya, epiqraf, epiqram, epitet və s.

  20. Əvvəli es ilə başlanan sözlər; məsələn: eskadron, eskiz, estafet, estrada, estetika və s.

  21. Əvvəli op ilə başlanan sözlər; məsələn: optika, opera, operasiya, opponent, oppozisiya, operator və s.

  22. Əvvəli me ilə başlanan sözlər; məsələn: mebel, medal, metodika, menyu, metateza və s.

  23. Əvvəli ko ilə başlanan və k səsi qalın tələffüz edilən sözlər; məsələn: kolxoz, komandir, komissar, komanda, komitet və s.

  24. Əvvəli ka ilə başlanan və k səsi qalın tələffüz edilən sözlər; məsələn: kabel, kanal, kalori, kanat, kabinet, kamera, kamfora və s.

  25. Əvvəli im ilə başlanan sözlər; məsələn: import, imperator, impuls, imperialist və s.

  26. Əvvəli mak ilə başlanan sözlər; məsələn: maket, makaron, maksimum, Makarenko, Maksim və s.

  27. Əvvəli mik ilə başlanan sözlər; məsələn: mikrob, mikrorayon, mikroskop, mikrometr, mikron və s.

  28. Əvvəli inst ilə başlanan sözlər; məsələn: institut, instinkt, instansiya və s.

  29. Əvvəli dis ilə başlanan sözlər; məsələn: disput, distansiya, disk, diskussiya, dissertasiya, dispetçer və s.

  30. Əvvəli de ilə başlanan və özündən sonra y ş samitləri (məsələn: deyişmək, döşək) olmayan sözlər: məsələn: dekret, demokrat, demaqoq, denşik, depo, deputat, despot və s.

  31. Əvvəli ve ilə başlanan və özündən sonra ç və digər samitlər (məsələn, veyl, vec) olmayan, həm də ver sözü ilə düzəlməyən (məsələn: vergi, veriliş, verəcək və s. kimi) sözlər; məsələn: veranda, vedrə, veksel, Venera və s.

  32. Əvvəli aq ilə başlanan sözlər; məsələn: agent, aqronom, aqrar, aqressor, aqrotexnika və s.

  33. Əvvəli avto ilə başlanan sözlər; məsələn: avtomotor, avtobus, avtomobil, avtoqaraj, avtoqraf və s.

  34. Sözün son hecasında o saiti olan sözlər; məsələn: avto, kino, traktor, kolxoz, motor və s.

Beləliklə, Azərbaycan dilində artıq ümumişlək sözlər qismində mövcud bu sözlər V-IX sinif şagirdlərinin Azərbaycan dili dərslərində lüğət ehtiyatının zənginləşdirilməsi üçün əsas mənbə və vasitələrdən biri ola bilər.

1   ...   10   11   12   13   14   15   16   17   ...   41

Похожие:

Azərbaycan Respublikasi Təhsil Nazirliyi iconAzərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ

Azərbaycan Respublikasi Təhsil Nazirliyi iconAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanasına 2009-cu ildə daxil olan yeni kitabların siyahısı
Шедевров мировой живописи. 500 Великих мастеров / сост. М. В. Адамчик, 2007. 544 с

Azərbaycan Respublikasi Təhsil Nazirliyi iconİ qtİsadİ İnkİşaf Nazİrlİyİ

Azərbaycan Respublikasi Təhsil Nazirliyi iconI. Azərbaycan qəzetlərinin xülasəsi

Azərbaycan Respublikasi Təhsil Nazirliyi iconIngilis, rus və azərbaycan dillərində

Azərbaycan Respublikasi Təhsil Nazirliyi iconA zərbaycan Respublikası Ədliyyə Nazirliyinin 09. 09. 2002-ci IL tarixli qərarı, qeydiyyat №48

Azərbaycan Respublikasi Təhsil Nazirliyi iconŞUŞa qəDİm azərbaycan diyari шуша
Ассоциации Содействия Развитию Гражданского Общества в Азербайджане Эльхану Сулейманову

Azərbaycan Respublikasi Təhsil Nazirliyi iconO`zbekiston Respublikasi Oliy va O`rta maxsus ta`lim Vazirligi
Куидаги укув кулланма узбек забон ва рус забон Академик лицей укувчиларига тавсия килинган

Разместите кнопку на своём сайте:
Библиотека


База данных защищена авторским правом ©lib.znate.ru 2012
обратиться к администрации
Библиотека
Главная страница